Son dəqiqə! Kiyev bu əsgərlərə "müharibəni dayandırmaq" əmri verdi: Daha vuruşmayın! 

17:35 20 May 2022

Agence- Franss Press agentliyinin yaydığı son məlumata görə, Ukraynanın Mariupol şəhərində mühasirədə olan "Azovstal" polad zavodundakı  ukraynalı əsgərlərə Kiyev müharibəni dayandırmaq əmri verib. Bu barədə mühasirədə qalan qoşunlara rəhbərlik edən batalyon komandiri məlumat verib.

Rusiya prezidenti Putinin göstərişi ilə  Ukraynada başlayan müharibə artıq 12-ci həftədədir. Dünyanın gözü və qulağı həftələrdir ki, mühasirədə olan Azovstal polad zavodundadır.

Rus qüvvələrinə müqavimət göstərən əsgərlərlə Kiyev qərar qəbul edib. Son dəqiqə xəbərinə görə, Kiyev əsgərlərə "müharibəni dayandırmaq" əmrini verib. AFP Ukraynalı komandir Denis Prokopenkonun açıqlamalarına əsasən məlumat verib. Prokopenko Telegram-da paylaşdığı məlumatda bu açıqlamaları verib; “Ali hərbi komandanlıq bizim qarnizonda olan əsgərlərin həyatını xilas etmək və şəhərin müdafiəsini dayandırmaq əmri verib”.

MÜHARİBƏDƏ İLK 
Ukraynanın öz əsgərlərinə verdiyi bu əmrdən sonra bütün şəhərin Rusiyanın əlinə keçdiyi bildirilir. Bu vəziyyət Rusiya üçün çox vacibdir, çünki Putinin əmri ilə başlayan müharibədə Rusiya qüvvələri hələ bütöv bir Ukrayna şəhərini ələ keçirməmişdi. Putin rus qoşunlarına bölgəni mühasirəyə almağı və “milçək belə uçurmayın” əmrini vermişdi.  Rusiya liderinin bu addımı həftələr sonra bəhrəsini verdi.

Rusiya bu yaxınlarda təslim olduqdan sonra Azovstal Polad Zavodundan təxliyə edilən əsgərlərin Donetsk vilayətindəki keçmiş həbsxana kompleksinə yerləşdirildiyini açıqladı. 
Ukrayna Müdafiə Nazirliyi tərəfindən edilən son açıqlamada, "Ukrayna qəhrəmanlarının ən qısa zamanda evlərinə qayıtması üçün" əsirlərin dəyişdirilməsi ümidini ifadə edib.

Kremlin sözçüsü Dmitri Peskov isə Ukraynalı əsgərlərin hərbi əsir yoxsa  "müharibə cinayətkarı" hesab ediləcək kimi sualları cavabsız qoyub. 

Lamiyə Xəqani

SİTAT.İNFO



Xəbər xətti