Fransa hökumətində yeni nazirlər təyin edilib.
SİTAT.İNFO xəbər verir ki, təyinatları Yelisey sarayının baş katibi Aleksis Koler elan edib.
Katrin Kolonna Fransanın yeni xarici işlər naziri təyin edilib. O, 2017-ci ildən şöbəyə rəhbərlik edən Jan-İv Le Drianı əvəz edib.
Fransanın Silahlı Qüvvələr Nazirliyinə Sebastyan Lekornyu rəhbərlik edəcək. Daxili işlər naziri Cerald Darmanin, iqtisadiyyat və maliyyə naziri isə Bruno Le Mer olacaq.
Anyes Panye-Runaşe energetika naziri vəzifəsini icra edəcək. Əvvəlki hökumətdə o, sənaye nazirinin nümayəndəsi vəzifəsində çalışıb.
Bundan əlavə, Ameli de Monşalen Fransanın ətraf mühitin planlaşdırılması və əraziləri naziri təyin olunub.//Report