Britaniya Türkiyəyə bu məhsulların ixrac qadağasını ləğv edib

22:53 20 May 2022

Böyük Britaniya Türkiyəyə hərbi sənaye məhsullarının ixrac qadağasını ləğv edib.

SİTAT.İNFO Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Demir deyib.

Qeyd edək ki, Böyük Britaniya 2019-cu ildə Türkiyəyə silah və digər hərbi sənaye məhsullarının ixracına lisenziya verilməsini dayandırmışdı.

Bu qərar Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatlarla əlaqədar qəbul edilmişdi.

 



Xəbər xətti