Türkiyədən PKK-ya ağır zərbə: 12 terrorçu məhv edildi

13:23 21 May 2022

Türkiyə təhlükəsizlik qüvvələrinin terrorçulara qarşı keçirdiyi “Ərən blokada-5” (Eren abluka-5) əməliyyatı uğurlu şəkildə davam edir.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 1-i “narıncı” kateqoriyada olan 12 terrorçu zərərsizləşdirilib.

Əməliyyatlar zamanı terrorçulara aid xeyli sayda sığınacaq və mağara da məhv edilib.



Xəbər xətti