ABŞ Şimali Koreyaya qarşı hərbi təlimləri artırır

21:02 21 May 2022

Cənubi Koreya və ABŞ prezidentləri - Yun Sok Yol ilə Co Bayden Şimali Koreyanın nüvə-raket təhdidlərinə qarşı birgə hərbi təlimlərin sayının və miqyasının çoxaldılmasına dair müzakirələrə başlamağı qərar alıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə razılıq Baydenlə cənubi koreyalı həmkarı ilə Seulda keçirilən ilk görüşündə əldə olunub.

Görüşdən sonra keçirilən mətbuat konfransında Prezident Yun Sok Yol bildirib ki, ABŞ Prezidenti ilə görüşdə müttəfiqlərin Şimali Koreyanın mümkün nüvə hücumuna qarşı hazırlıq üçün müxtəlif formalarda hərbi təlimlərin keçirilməsinə ehtiyacın olmasını geniş müzakirə ediblər.

Görüşün yekununa dair birgə bəyanatda qeyd olunub ki, Co Bayden Cənubi Koreyanın müdafiəsi üçün ABŞ-ın nüvə silahından və raketdən müdafiə sistemi də daxil olmaqla bütün müdafiə imkanlarından istifadə etməsi mövqeyinə sadiqliyini bəyan edib.



Xəbər xətti