Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynanın müdafiə naziri Aleksey Reznikovla telefonla danışıb.
Sitat.info Apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbinin yazılı açıqlamasında deyilir.
Bildirilir ki, Qərbin Ukraynaya yeni hərbi yardımla bağlı mayın 23-nə planlaşdırılan ikinci koordinasiya qrupunun iclası öncəsi, Kiyevin silah ehtiyacları müzakirə edilib.
Açıqlamada vurğulanır ki, iclasda 40-dan çox ölkənin nümayəndələri iştirak edəcək.
Ukraynaya yeni hərbi yardım göstərmək üçün Qərb koordinasiya qrupunun ikinci iclası mayın 23-də onlayn rejimdə keçiriləcək.
Görüşün əsas mövzusu Ukraynaya hərbi yardımın göstərilməsi və bunun gələcəkdə necə həyata keçiriləcəyini müzakirə etməkdir.
Məsləhətləşmələr çərçivəsində Ukrayna tərəfi hərbi əməliyyatların gedişi ilə bağlı son məlumatları təqdim edəcək.