İsveçin paytaxtı Stokholmda toplaşan bir qrup PKK/PYD tərəfdarı İsveçin NATO-ya müraciətinə etiraz ediblər.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, Stokholmda Norra Bantorget meydanında toplaşan qrup Sosial Demokrat Partiyasının binası önünə yürüş edib.
Terror təşkilatı PKK/PYD-ni simvolizə edən təşkilat tərəfdarları İsveçin NATO-ya üzv olmamasını və İsveçin Türkiyənin istəklərini qəbul etməməsini tələb ediblər.
Aksiya zamanı terror tərəfdarları “hamımız PKK-lıyıq” şüarları səsləndirib. 200 nəfərlik nümayiş insidentsiz başa çatıb.