Rusiya prezidenti Vladimir Putinin yaxın adamı sayılan ukraynalı deputat Viktor Medvedçuk “Azovstal”dan olan ukraynalı hərbi əsirlərlə dəyişdirilə bilər.
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.
O bildirib ki, bu istiqamətdə mümkün variantlar nəzərdən keçiriləcək və bütün imkanlar araşdırılacaq.
Qeyd edək ki, Ukraynada Medvedçuk dövlətə xəyanətdə şübhəli bilinir. O, aprelin 12-də Ukrayna Silahlı Qüvvələrinin geyimində ölkədən qaçmağa cəhd edərkən yaxalanıb./Oxu.az