Əllərində Rusiya bayraqları tutan İrəvan sakinləri Rusiyanın Ermənistandakı səfirliyinin önünə yığışıblar.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, Ukraynaya dəstək aksiyasının planlaşdırıldığının öyrənən bir dəstə erməni Rusiya bayraqları ilə birlikdə İrəvandakı rus səfirliyinin qarşısına doğru hərəkət ediblər. Onların qarşısında Ukrayna tərəfdarı var.
Hazırda tərəflər sakit şəkildə qarşı-qarşıya dayanıblar. Onların arasında polis kordonu düzülüb.