TƏCİLİ! Putin 3 Avropa ölkəsində xüsusi əməliyyat KEÇİRİR – Hədəfdə olan ƏRAZİLƏR…

15:23 30 May 2022

Eyni anda 3 Avropa İttifaqı ölkəsi – Almaniya, İtaliya və Fransa Ukraynanın kapitulyasiyası üçün plan təklif edir.

Sitat.info xəbər verir ki, bu fikri rusiyalı politoloq Andrey Piontkovski səsləndirib.

Piontkovski bu ölkələrin hərəkətlərini Rusiya xüsusi xidmət orqanlarının bütün dünyada “Rusiyanı aşağılamayın” şüarı altında inanılmaz qlobal əməliyyatı ilə əlaqələndirir.

“Bu memi səsləndirmək şərəfi Rusiya Prezidenti Vladimir Putinin köhnə dostu, Fransa Prezidenti Emmanuel Makrona həvalə edilib. O, bunu mayın 9-da edib. Budur həmin çağırış – Rusiyanı aşağılamayın, Rusiyanı küncə sıxışdırmayın. Gəlin obyektiv olaq, qan tökülməsini dayandırmağa kömək edək. Bu, bir neçə həftədir səslənir” – Piontkovski qeyd edib.

Onun sözlərinə görə, bu kampaniya Avropada böyük uğur qazanıb: “Bunun İtaliyanın planı olduğu ortaya çıxdı. Əslində, təkcə İtaliyanın planı deyil, bu, Makronun, Almaniya kansleri Olaf Şoltsun, İtaliyanın Baş naziri Mario Draqinin planıdır və Ukraynanın təslim olması üçün hazırlanıb”, – politoloq vurğulayıb.

Onun sözlərinə görə, oxşar “ssenarilər” artıq Gürcüstanda da həyata keçirilib. Piontkovski əlavə edib ki, 2014-cü ildə belə bir planı həyata keçirmək cəhdi Ukraynaya təklif olunub.

“İndi onlar üçüncü dəfə Putin üçün bunu edirlər və hədəf də Ukraynanın daha bir böyük hissəsi – yəni Donbas və Krımdan başqa Xerson və Zaporojye bölgəsidir”, – deyə rusiyalı siyasətçi qeyd edib.

/KAİM.az 



Xəbər xətti