Onlar lazım olan addımı atmasalar, Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişməyəcək.
Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə etirazı indiyə qədər terrorun hədəfi olmuş bütün üzvlərin adına atılan qəti addımdır. Türkiyə bu ölkələrin NATO tərəfindən həyata keçiriləcək terrorla mübarizə əməliyyatlarına dəstək vermələrini arzulayır. Terror bütün üzv dövlətlər üçün təhlükədir və namizəd ölkələr təşkilata qoşulmazdan əvvəl bu faktı tanımalıdırlar. Əgər onlar lazımi addımları atmasalar, Türkiyə bu məsələ ilə bağlı mövqeyini dəyişməyəcək”, - Ərdoğan bildirib.
/Axar.az