“Azovstal”da daha bir neçə “itirilmiş” ukraynalı əsgər tapılıb
SİTAT.İNFO xəbər verir ki, Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin “Azovstal” zavodunun ərazisinə baxış zamanı itkin düşən bir neçə ukraynalı əsgərin tapıldığını bildirib.
"Hər künc-bucaq, hər otaq yoxlanılır. İtkin düşdüyü deyilən bir neçə nəfər müəyyən edilib, onlar da yoldaşlarının yanına göndərilib".
Puşilin bildirib ki, ümumilikdə 4 nəfər ukraynalı əsgər tapılıb və əsir götürülüb.
Onun sözlərinə görə, həmin əsgərlər heç bir təhlükə yaratmayıblar. "Onların özləri hər şeydən qorxurdular, gizlənirdilər, psixikaları problemli idi".
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov mayın 20-də bildirib ki, rus hərbçiləri Mariupoldakı Ukrayna silahlı qrupunun qalıqlarını təmizləyib, o cümlədən Azov batalyonu döyüşçülərinin blokadada qaldığı “Azovstal” zavodunun ərazisini tamamilə azad edib. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatlarına görə, bu müəssisədə ümumilikdə 2,4 mindən çox insan silahını yerə qoyub.