Rusiyalı hərbçilər Mariupoldakı “Azovstal” zavodunun zirzəmisində içərisində 152 ukraynalı hərbçinin cəsədi olan furqon aşkar edib.
SİTAT.İNFO “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.
Onun sözlərinə görə, rusiyalı hərbçilər furqona baxış keçirərkən cəsədlərin altında yerləşdirilən 4 mina aşkar edib.
Konaşenkov qeyd edib ki, “Azov” alayının əsir götürülən döyüşçüləri dindirilmə zamanı bildiriblər ki, sözügedən minalar Kiyevin birbaşa göstərişi əsasında yerləşdirilib.
General-mayor, həmçinin söyləyib ki, bu təxribatın məqsədi Rusiyanı ukraynalı hərbçilərin cəsədlərini bilərəkdən məhv etməkdə təqsirləndirmək olub.
Ləman,
SİTAT.İNFO