Daha iki ölkədə meymunçiçəyi aşkarlandı

12:27 1 İyun 2022

Norveçdə və Macarıstanda meymunçiçəyi virusu aşkar olunub.

Sitat.info xəbər verir ki, Norveç Xalq Sağlamlığı İnstitutu virusun ilk daşıyıcısının xaricdən gəldiyini bildirib.

Macarıstanda 38 yaşlı kişidə meymunçiçəyi aşkarlandığını isə ölkənin Milli İctimai Sağlamlıq Mərkəzinin baş həkimi Sesiliya Müller mətbuat konfransında deyib.

O bildirib ki, xəstəlik 2-4 həftə davam edir. İmmuniteti zəif olan xəstələr və hamilə qadınlar daha diqqətli olmalıdır.

Qeyd edək ki, meymunçiçəyi virusunun ilkin simptomları hərarət, baş ağrısı, şişkinliklər, bel ağrısı və ümumi narahatlıqdır.



Xəbər xətti