Rus polkovniklərin şok danışığı: Şoyqu şoumendir - Video

15:21 1 İyun 2022

“Sxemı” proqramının jurnalistiləri rusiyalı iki polkovnikin Rusiyanın hərbi rəhbərliyi barədə qeydə alınmış danışığını yayıblar.

Sitat.info xəbər verir ki, səs qeydləri Yutub sosial şəbəkəsində paylaşılıb.

Jurnalistlər bildirirlər ki, polkovniklərdən biri Maksim Vlasov, digəri isə əslən Ukraynanın Vinnitsa şəhərindən olan, hərbi həkim Vitali Kovtundur.

Danışıq zamanı Vlasov Rusiya müdafiə naziri Sergey Şoyqunu səriştəsiz adam və şoumen adlandırıb:

“Diqqət edin, bu Şoyqu hardadır, görünmür, səsi gəlmir. Şoyqu tamamilə səriştəsiz adamdır. Sadəcə şoumendir”.

Öz növbəsində Kovtun da Şoyqunu sərt tənqid edib:

“Müqaviləli hərbçilər yoxdur. Hardan olacaqlar? Onlara 30 min rubl verilir. Hardan götürək onları?”

Şoyqunun orduya yad olduğu, FHN-dən rütbə aldığı da iddia edilib və bildirilib ki, nazir orduda nə baş verdiyini anlamır.

Daha ətraflı videoda:

/Axar.az



Xəbər xətti