“ABŞ Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğunu görmür, lakin Kremlin ritorikasını təhlükəli hesab edir və nüvə zərbəsinin ciddi nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq edir”.
Bu barədə Co Baydenin “The New York Times” qəzetində dərc olunmuş “Amerika Ukraynada nə edəcək və etməyəcək” adlı məqaləsində qeyd olunub.
“Mən bilirəm ki, bütün dünyada bir çox insan nüvə silahından istifadədən narahatdır. Hələlik biz Rusiyanın Ukraynada nüvə silahından istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət görmürük.
Lakin Rusiyanın zaman-zaman nüvə qılıncını cingildədən ritorikası özlüyündə təhlükəli və son dərəcə məsuliyyətsizdir”, - deyə ABŞ Prezidentinin bildirib.
Bayden bu münaqişədə nüvə silahından istənilən ölçüdə hər-hansı istifadənin “ABŞ və dünyanın qalan hissəsi üçün tamamilə qəbuledilməz olacağını” və “ciddi nəticələrə gətirəcəyini” vurğulayıb.
Mənbə: Ukrainskaya pravda