Brüsseldə dördtərəfli görüş keçiriləcək

22:20 1 İyun 2022

“Türkiyənin narahatlığını aradan qaldırmaq üçün Brüsseldə üç ölkənin səlahiyyətliləri ilə görüşəcəyik”.

SİTAT.İNFO “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

O, Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı narahatlıqlarını həll etmək üçün Brüsseldə üç ölkənin rəsmiləri ilə görüşəcəyini açıqlayıb.

Stoltenberq bildirib ki, Türkiyə NATO-nun mühüm tərəfdaşıdır və bütün NATO üzvləri Türkiyənin narahatlığını, o cümlədən, PKK təhlükəsini müzakirə etmək üçün masaya oturmağa hazırdır.



Xəbər xətti