Fevralın 24-dən sonra ABŞ-la bütün çoxtərəfli strukturlarda kompromislərə getmək imkanları minimuma enib.
Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Qriqori Maşkov deyib.
“Fevralın 24-nə qədər onsuz da işləmək çox çətin idi. Fevralın 24-dən sonra bizim işlədiyimiz bütün çoxtərəfli strukturlarda onların müttəfiqləri ilə birlikdə tutduqları xətti nəzərə alaraq, kompromis imkanları sıfır olmasa da, minimuma enib”, - Maşkov bildirib.
/Axar.az