ABŞ-da inflyasiyanın tempi ilə bağlı ötənilki şərhlərimdə səhvlərə yol vermişəm.
Sitat.info xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Canet Yellen deyib.
O, iqtisadiyyatda enerji və ərzaq qiymətlərinin gözlənilməz şəkildə artdığını, böyük şoklar yaşandığını bildirib:
“Bu prosesləri tam olaraq anlamadım. İnflyasiyanın gedişatı ilə bağlı yanıldım. İnflyasiya ABŞ prezidenti üçün başlıca məsələlərdəndir. Bayden FES-in inflyasiyanı endirmə hədəfini dəstəkləyir və bankın müstəqil olduğuna inanır. İnflyasiya çox yüksəkdir, enməlidir”.
/Axar.az