ÜST: Afrikada ilin əvvəlindən 70-ə yaxın insan meymunçiçəyi xəstəliyindən ölüb

09:11 2 İyun 2022

“Bu ilin əvvəlindən Afrikanın beş ölkəsində meymunçiçəyi xəstəliyindən 70-ə yaxın adam ölüb, virusun yayıldığı qeyri-endemik ştatlarda isə ölüm halı qeydə alınmayıb”.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çiçək xəstəliyinə qarşı mübarizə üzrə katibliyinin rəhbəri Rosamund Lyuis bildirib.

"May ayında başlayan xəstəlik nəticəsində ölümlə bağlı heç bir məlumat yoxdur. Bununla belə, ÜST 50 ildir ki, Afrika ölkələrində meymunçiçəyi adlı xəstəliyi qeydə alır və ölüm halları hər il baş verir".

ÜST-ün son məlumatlarına görə, dünyanın 30 ölkəsində meymunçiçəyinə 550-dən çox yoluxma halı qeydə alınıb.

 

 



Xəbər xətti