Çərşənbə günü Oklahoma ştatının Tulsa şəhərində Francis xəstəxanasının ərazisindəki binada baş verən atışmada azı 4 nəfər həlak olub, silahlı şəxs ölüb.
SİTAT.İNFO TASS agentliyinə istinadən xəbər verir ki, bunu şəhər polis rəisinin müavini Erik Dalqliş bildirib.
“Dörd mülki vətəndaşımız və atəş açan şəxs həlak olub. İlkin versiyasına görə, hadisəni törədən şəxs intihar edib.
Dalqlişin qeyd edib ki, terrorçunun kimliyi hələ müəyyən edilməyib. "O, 35-40 yaşlarında olan qaradərilidir. Hadisə yerində onun tüfəngi və tapançası olub"- hadisə yerinin yaxınlığında keçirilən mətbuat konfransında rəsmilər belə deyib.
Qeyd edək ki, insident yerli vaxtla saat 17:00 radələrində baş verib, 4 nəfər ölüb.
Səid İsaoğlu,
SİTAT.İNFO