Ermənistan Hindistandan qrant alacaq

13:04 2 İyun 2022

Ermənistan Hindistan hökumətindən bələdiyyələrin inkişafı qrantı alacaq. Saziş layihəsi cümə axşamı hökumətin iclasında təsdiq edilib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.

Ümumilikdə Ermənistana 1 milyon dollara yaxın (478,2 milyon dram) qrant veriləcək.

Qeyd edək ki, bundan əvvəl Hindistan hökuməti bir sıra proqramlar çərçivəsində Ermənistana yardım edib.

/Axar.az



Xəbər xətti