Azov dənizində delfin və balıqlar vəba epidemiyasından kütləvi şəkildə qırılır.
Sitat.info xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqram səhifəsində paylaşım edib.
"Epidemiya artıq sadəcə təhlükə deyil, reallıqdır. Bu gün dəniz Mariupol sakinləri üçün azsaylı istirahət məkanlarından biridir. Amma təəssüf ki, hazırda ətraf mühit üçün təhlükə böyükdür", - P.Andryuşenko bildirib.
Ümumdünya Səhiyyə Təşkilatının Ukraynadakı insidentlər üzrə meneceri həkim Dorit Nitsananın sözlərinə görə, ruslar Mariupolun su təchizatını qismən bərpa etsə də, boruların tez-tez zədələnməsi kanalizasiya sularının içməli suya qarışmasına səbəb olur. Bu isə dənizdə vəba virusunun yaranması kimi mənfi fəsadlara gətirib çıxarır.
/Axar.az