Şahzadə Endryu koronavirusa yoluxub

22:20 2 İyun 2022

İngiltərə kraliçası II Elizabetin 61 yaşlı oğlu, York hersoqu Şahzadə Endryu COVID-19-a yoluxub.

SİTAT.İNFO APA-ya istinadən xəbər verri ki, Bukingem Sarayının sözçüsü, Şahzadə Endryunun koronavirus testinin müsbət çıxdığını bildirib.

Onun sabah Kraliça II Elizabetin taxta çıxmasının 70-ci ildönümündə Müqəddəs Paul Katedralında keçiriləcək Şükranlıq tədbirində iştirak edə bilməyəcəyi açıqlanıb.

Endryu da Kraliça Elizabethin Platin Yubileyi çərçivəsində bu gün kral ailəsinin üzvləri ilə Bukingem sarayında balkona çıxmayıb.



Xəbər xətti