Amerikanın “Washington Post” qəzeti tarixi sanksiyalarla üzləşən Rusiyanın Çindən kömək istədiyini yazır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, “Çinli səlahiyyətlilər Pekinin Moskvanın kömək tələbinə qəzəbləndiyini bildirib” başlığı ilə xəbər verən “Washington Post” Çinin sanksiyalardan qorxduğunu yazıb.
Vladimir Putin müharibə başlayandan bəri dəfələrlə Çindən iqtisadi yardım istəyib.
Lakin ABŞ-nin sanksiyalarından qorxan Pekin administrasiyası Moskvanın tələblərini yerinə yetirməyib.
Ruslarla danışıqlar kifayət qədər gərgin keçib.
Çin diplomatları Rusiyanın üzləşdiyi sanksiyalara qarşı olduqlarını bildirsələr də, Moskvanın kömək istəyinə müsbət cavab verə bilməyiblər.
Ölkə lideri Xi Jinping isə ABŞ sanksiyalarına məruz qalmadan Rusiyaya kömək etməyin yollarını axtarır.