Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-də başlayan müharibə son həftələr Ukraynanın şərqində daha da şiddətlənib. Bölgəyə hakim olmaq üçün iki ordu arasında qanlı toqquşmalar gedir. Münaqişələr Severodonetsk və Lisiçanskda cəmləşib, çünki Rusiya bu iki şəhəri ələ keçirsə, o zaman bütün Luqansk vilayətinə nəzarət etmiş olacaq.
Müharibənin belə bir mərhələsində ABŞ-dan gündəmə bomba kimi düşən xəbərlər gəldi.
SİTAT.İNFO xəbər ki, ABŞ-da nəşr olunan “Newsweek” jurnalı Putin üçün hazırlanan ABŞ kəşfiyyat hesabatlarının məzmununa daxil olub. Newsweek-in üç ayrı-ayrı kəşfiyyat orqanının yüksək rütbəli məmurlarına aid etdiyi qiymətləndirmədə Putinlə bağlı maraqlı məlumatlar ortaya çıxıb.
Milli kəşfiyyat direktoru "Putin tamamilə xəstədir" deyib. Biri Müdafiə Kəşfiyyat Agentliyinin, digəri isə Hərbi Hava Qüvvələrinin təqaüdçü zabiti olan digər iki məmur Putinin səhhəti ilə bağlı geniş kəşfiyyat məlumatlarına çıxış əldə etdiklərini və Rusiya liderinin vəziyyətinin yaxşı olmadığını bildirib.
"Putin xəstədir?' sualına "Əlbəttə" cavabını verən təqaüdçü Hərbi Hava Qüvvələri zabiti də çox maraqlı iddia ilə çıxış edib. "Putindən sonra hakimiyyətdə yaranacaq boşluq dünya üçün çox təhlükəli ola bilər", - ABŞ rəsmisi deyib.
Yüksək səviyyəli kəşfiyyat rəsmilərindən biri Putinin gücünün tükəndiyini deyib. O, qeyd edib ki, Kremldə hamı sonun yaxınlaşdığını hiss edir. Rəsmilər həmçinin bildiriblər ki, Putin özünü təcrid etdikcə etibarlı kəşfiyyat məlumatlarına çıxış çətinləşib.
Ötən həftələrdə Britaniya mətbuatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) agentinə əsaslanaraq, Putinin maksimum 3 il ömrünün qaldığı ilə bağlı məlumat yaymışdı.
Mənbənin adı təhlükəsizlik baxımından gizli saxlanılsa da, fakt odur ki, Putinin də xəstəliyi səbəbindən görmə qabiliyyəti ciddi şəkildə aşağı düşüb. Rus agent İngiltərənin "Mirror" qəzetinə verdiyi açıqlamada deyib: “Ona televiziyada deyəcəklərini oxumaq üçün böyük hərflərlə yazılmış kağız parçaları hazırlanır. Bu kağızlarda yazılan hərflər o qədər böyükdür ki, hər səhifədə bir neçə cümlə var. Gözlərinin vəziyyəti ciddi şəkildə pisləşir”.
Nigar Abuzər,
SİTAT.İNFO