Türk Hava Yolları (THY) Ukraynaya uçuşların dayandırılması qərarını iyulun 31-dək uzatdığını açıqlayıb.
SİTAT.İNFO xəbər verir ki, Ukrayna hava yollarının bağlanmasından sonra Türk Hava Yollarının fevralın 24-də bu ölkəyə uçuşları ləğv edərək, bu müddəti uzatdığını açıqlayıb.
THY-nin sosial media hesablarından verilən açıqlamada qeyd olunub ki, Ukraynaya olan və Ukraynadan Türkiyəyə olan uçuşlar 31 İyul 2022-ci ilə qədər ləğv edilir.
Səid İsaoğlu
SİTAT.İNFO