Rusiyaya qarşı ən ağır qərar verildi

16:18 3 İyun 2022

Avropa İttifaqı (Aİ) Şurası nəhayət, Rusiya Federasiyasına qarşı sanksiyaların altıncı paketini, o cümlədən Rusiyadan dəniz yolu ilə neft və neft məhsullarının tədarükünə təxirə salınmış embarqonu qəbul edib. 

Sitat.info xəbər verir ki, bu barədə Aİ Şurasının cümə günü dərc olunmuş qərarında deyilir.

Qərarda deyilir ki, xam neftin tədarükünə qoyulan qadağa 6 ay, neft məhsulları üçün 8 ay təxirə salınıb. Bundan əlavə, "Bolqarıstan və Xorvatiya Rusiyadan dənizdən xam neft idxalı ilə bağlı müvəqqəti güzəştlər alacaq".

Sanksiyalar cümə günü Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minəcək.

Yeni sanksiyalar paketinə aşağıdakılar daxildir: öz ərazisində "Rossiya-24", "RTR-Planeta", "TV-Center" telekanallarının yayımının dayandırılması; Sberbank, Rosselxozbank, MCB və Belarus İnkişaf və Yenidənqurma Bankının SWIFT-dən ayrılması, konsaltinq, audit və PR xidmətlərinə qadağa, bulud xidmətlərinə girişin məhdudlaşdırılması, Rusiya neftinin tədarükünə qismən embarqonun tətbiqi; Bolqarıstan və Xorvatiya üçün Rusiyadan neft və neft məhsullarının dəniz tədarükünə qoyulan qadağadan müvəqqəti azadolmalar.

/Ölkə.az



Xəbər xətti