Rusların Ukraynadakı vəhşilikləri dərc edildi: Sivilləri qaçırır və onlar üçün fidyə tələb edirlər...

16:57 3 İyun 2022

"Rus işğalçıları çox  vəhşidirlər.  Onlar ukraynalıların dünyanı gəzmək qabiliyyətinə həsəd apardıqları üçün  hətta soyuducunun üzərindəki suvenir maqnitləri belə oğurlayırlar".

SİTAT.İNFO xəbər verir ki, bunu bu gün  Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən ələ keçirilən işğalçılara məxsus telefon danışığı sübut edir.

Söhbət zamanı rus işğalçı öz  qardaşına evində yaşadığı ukraynalıların soyuducularının üzərindən maqnit oğurladığını deyir. O, evin sakinlərinin neçə ölkəyə baş çəkə bildiyinə təəccüblənir. İşğalçı həmçinin əlavə edib ki, rus hərbçiləri Ukraynada gördükləri hər şeyi oğurlayır. O özü isə çantaya kosmetik kremlər doldurduğuna görə peşmandır, lakin bütün yaxşı qənimətləri evə göndərib satmağı planlaşdırdığı 10 qəhvə maşını ilə birlikdə yanıb. 

Ukrayna Xəbər Agentliyinin verdiyi məlumata görə, iyunun 1-də  Ukrayna Təhlükəsizlik Xidməti işğalçıların ədalətli müharibə apara bilmədiyini deyibvə Ukraynada yaşayış məntəqələrini “düzləşdirdiklərini” etiraf etdikləri söhbətin dinləməsini dərc edib.

O da məlumdur ki, rus işğalçıları müvəqqəti işğal olunmuş ərazilərdə ukraynalıları kütləvi şəkildə qaçırır və onlar üçün fidyə tələb edirlər.

SBU qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının elit hərbi hissəsinin ləğvindən sonra “adi” rus işğalçıları indi döyüşməkdən qorxurlar.

Səid İsaoğlu,

SİTAT.İNFO



Xəbər xətti