100 gündür həyatların, evlərin, iş yerlərinin, ümidlərin məhv olduğuna şahidlik etdik. Bu müharibə insanlara qəbuledilməz zərər vurdu və mülki insanların həyatı məhv oldu.
Sitat.info xəbər verir ki, bu sözləri BMT-nin Ukrayna böhranı üzrə koordinatoru Amin Avad Rusiya-Ukrayna müharibəsinin 100-cü günü ilə bağlı deyib.
“Məktəbləri, xəstəxanaları və sığınacaqları qorumaq mümkün olmadı. Müharibənin dağıdıcı təsirinə qarşı tükənməz səylərimiz qətiyyətlə davam edəcək. Ancaq bütün bunlardan başqa bizə sülh lazımdır. Müharibə dərhal dayandırılmalıdır”, - o qeyd edib.
/Axar.az