100 günün dərsi: Rus ordusu haqda mif məhv edildi

08:27 4 İyun 2022

Rusiyanın Ukraynaya qarşı 100 günlük müharibəsi göstərdi ki, “qardaş xalqlar” yoxdur, çünki hər iki ölkə bir-birindən sivilizasiya uçurumu ilə ayrılıb. 

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, müharibənin ilk 100 günü kimin kim olduğunun öyrənilməsi dövrü kimi səciyyələndirilə bilər.

"100 gündə Rusiyanın orduya onilliklər ərzində milyardlarla pul yatırdığı haqda mif məhv edildi; 100 gün göstərdi ki, dünyanın ikinci ordusu yoxdur, bu mif Buçada qaldı - paltaryuyan maşın və ya alt paltarını evə aparmaq üçün mülki insanları öldürən cəlladlar, təcavüzkarlar, qarətçilər ordusu var”.

/Axar.az

 



Xəbər xətti