Ukrayna əks hücuma keçdi: İşğalçılar Putinə "xəstəyik, bizi buradan çıxar" deyə yalvardılar

18:35 4 İyun 2022

Ukrayna Silahlı Qüvvələrinin  əks hücuma keçməsindən sonra qondarma Donetsk Xalq Respublikasının ”işğalçı qüvvələri  döyüşməkdən imtina edib və Putindən onları Xerson vilayətindən çıxarmağı xahiş edirlər.

SİTAT.İNFO UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xerson vilayət şurasının deputatı Serhiy Xlan məlumat verib.

"Rusiyanın DXR-dən olan əsgərləri onları Xerson vilayətindən çıxartması üçün Putinə müraciət ediblər. Onlar arasında  sirroz, ruhi xəstəlik və vərəm xəstələrinin olduğu qeyd edilib.

"Bəs insanları qarət edəndə vərəm sizə mane olmurdu?", deyə Xlan soruşub.

Bölgəni tərk edərək  təhlükədən xilas olan ukraynalıların açıqladığına görə,  məhz DXR yaraqlıları raşistlərin keçid məntəqələrində acgözlük edirlər, insanlardan əllərindəki hər şeyi alırlar.

"Silahlı Qüvvələrimiz hücuma keçən kimi xəstəliklər üzə çıxdı və siz artıq evə getmək istəyirsiniz? Və bu DXR döyüşçülərinin, necə deyərlər, ac, soyuq və hətta tibbi müayinədən keçmədən səfərbər olmaları üzdədir. Rusiyanın Donbasa olan həqiqi münasibəti budur”, - Xlan vurğulayıb.

Xatırladaq ki, işğalçılara qarşı xalq da səfərbər edilib. Belə ki, işğal olunmuş Xersonda yandırılmış ruslar və ya yandırılmış düşmən texnikası üçün bitkoinlər mükafat kimi vəd edilir. 

Safura,

SİTAT.İNFO

 

 



Xəbər xətti