Ruslar Zaporojye AES-in işçi heyətinə təzyiqi artırırlar: Amma idarəetmə ukraynalılardadır...

19:03 4 İyun 2022

Zaporojye AES-in texniki  və radiasiya təhlükəsizliyinə Energoatom  nəzarət edir, işçi heyəti də Ukraynanın rəhbərliyi altında işləyir.

Ruslar  isə Zaporojye AES-in personalına təzyiqləri artırırlar, lakin Enerqoatom stansiyanın işinə nəzarəti davam etdirir.

SİTAT.İNFO UNİAN-a istinadən xəbər verir ki, bu barədə milli telemarafonun efirində “Enerqoatom” MNEGC-nin prezidenti Petr Kotin bildirib. .

"Vəziyyətə NNEGC Energoatom nəzarət edir: texniki vəziyyət, radiasiya təhlükəsizliyi və sairlə bağlı. Stansiyanın təmiri və istismarı bizim tərəfimizdən idarə olunur və stansiyanın əməkdaşları bizim göstərişimizə uyğun işləyirlər", - Kotin bildirib.

Bununla belə, işğalçılar stansiyanın şəxsi heyətinin hərəkətlərinin öz komandirləi ilə razılaşdırılmasını tələb etməkdə davam edir, lakin ümumilikdə stansiyanın işinə mane olmurlar.

Lamiyə,

SİTAT.İNFO



Xəbər xətti