“Azovstal” polad zavodundan olan 2,5 mindən çox ukraynalı hərbçi Rusiya tərəfindən əsir götürülüb.
SİTAT.İNFO xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Ukraynanın Kəşfiyyat Baş İdarəsi əsirlərin azad edilməsi üçün məşğul olur.
Qeyd edək ki, mayın 20-də Mariupol şəhəri və “Azovstal” tam olaraq rusiyalı hərbçilərin nəzarətinə keçib.
Murad