"Qərb siyasətçiləri və mediası Ukrayna üçün əlverişsiz hesab olunan müharibənin sonuna bizi sürükləməyə başlayıblar".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, bu istiqamətdə heç kimlə danışıqlar aparmayıb:
“Planlarla bağlı (sülh planı haqqında - red.) heç bir danışıq yoxdur, bu gün bu danışıqlar sıfır səviyyəsindədir.
Hər kəs bizi arzuolunmaz hansısa nəticəyə mümkün qədər sövq etmək istəyir. Bu, bizim üçün qətiyyən arzuolunan deyil. Çünki bizdən hələ heç bir şey soruşulmayıb. Lakin öz maraqları olan müəyyən tərəflər üçün faydalıdır".
Murad