Ukrayna Prezident Ofisi: Rusiya Slavyansk və Svyatoqorsk şəhərlərini ələ keçirəcək

07:54 7 İyun 2022

Qarşıdan gələn həftə Ukrayna üçün son dərəcə çətin olacaq. Rusiya qoşunları Slavyansk və Svyatoqorsk şəhərlərini ələ keçirəcək.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunları Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, Rusiya qoşunları Baxmut-Lisiçansk magistral yolu istiqamətində irəliləyir, onun ələ keçirilməsi Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin qruplaşmasının qarşısını almağa imkan verəcək.

"Orada irəliləyirlər. Onları dayandıra bilmirik. Yavaş-yavaş hərəkət edirlər, amma hərəkət edirlər", - Arestoviç deyib.

O, həmçinin vurğulayıb ki, Slavyansk bir həftəyə mühasirəyə alına bilər və düşmənin Liman hərbi qruplaşması çox güman ki, Svyatoqorski tuta biləcək.

"Slavyanskın mühasirəsi artıq yaxınlaşır. Bizim qoşunlarımız Severskiy Donetsin şimalında ya məğlub olacaq, ya da cənub sahillərinə çəkiləcək", - Prezident Ofisi rəhbərinin müşaviri qeyd edib.

 

 



Xəbər xətti