Donbas uğrunda döyüşlər davam edir

11:07 7 İyun 2022

Rusiya hərbçiləri Luqansk bölgəsini şiddətli atəşə tutur. Donbas uğrunda döyüşlər davam edir.

Sitat.info xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Lisiçanskda ruslar bazara, mədən kollecinə və məktəbə zərbə endiriblər. Zərbə nəticəsində ticarət pavilyonlarında başlayan və 1000 kvadratmetri əhatə edən yanğın bir neçə saat ərzində xilasedicilər tərəfindən söndürülüb. Şəhərin təhsil müəssisələri də dağıdılıb. Dağ-mədən və sənaye peşə kollecinin binası demək olar ki, tamamilə yanıb. Eyni zamanda, gün ərzində Luqansk vilayətində 5 nəfər yaralanıb”, - o bildirib.



Xəbər xətti