Zelenski: Ərdoğanla danışdım, türk donanması gəlsə... - Video

11:45 7 İyun 2022

Rusiya belə bir yalan yayır ki, guya ərzaq məhsullarının çatışmazlığı Ukraynanın ixrac etməməsi ilə bağıdır. Bu, doğru deyil.

Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, Rusiya ərzaq məhsulları ilə bağlı qıtlığın yarana biləcəyi Afrika, Asiya və Avropa ölkələrində bu yalanı yaymağa çalışır:

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna limanlarının blokadadan çıxarılması məsələsini müzakirə etmişəm. Gəmilər üçün təhlükəsizlik dəhlizi olmalıdır. Bu və ya digər ölkənin gəmiləri taxılı daşıya bilsin deyə... Türkiyə bizə zəmanət vermək üçün format axtarışındadır”.

Onun sözlərinə görə, Ankarada görüş zamanı Ukrayna taxılını ixrac edərkən Türkiyə donanmasının təhlükəsizlik zəmanəti məsələsini qaldıra bilərlər.

/Axar.az



Xəbər xətti