İLGİNC QƏRAR! Dünya rus cinayətlərinin vahid məlumat bazası yaradır: Hər kəs fakt toplayacaq!

12:16 7 İyun 2022

Dünya rusların Ukraynadakı hərbi cinayətlərinin vahid məlumat bazası yaradır

SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb. 

Qeyd edildiyi kimi, məlumat bazasında hazırda avropalı hüquqşünaslar tərəfindən araşdırılan foto və videomateriallar, həmçinin şahidlərin ifadələri toplanacaq.

Günahkarların cəzalandırılması, zərərçəkənlərin dəymiş ziyanı ödənilməsi üçün hakimlərə sübut lazımdır. Hər bir smartfon sahibi onları toplaya bilər.

Videonun Beynəlxalq Cinayət Məhkəməsində sübuta çevrilməsi üçün müəyyən tələblərin yerinə yetirilməsi vacibdir. 

Hakimlər üçün çəkilişlər televiziya və ya sosial media üçün çəkilişlərdən fərqli olmalı, montaj edilməməlidir. "İnsanlar orijinal videoları saxlamırlar. Onları redaktə edir, müəyyən işarələr qoyurlar, belə videoların məhkəmə tərəfindən qəbul edilməməsi riski var. Orijinalı saxlamaq lazımdır", - vəkil Anna Vişnyakova izah edib.

Səid İsaoğlu

SİTAT.İNFO



Xəbər xətti