Rusiya Federasiyasında “Moskva” kreyserində həlak olan və itkin düşmüş işğalçı – çağırışçılarla bağlı məlumatların sızmasını əngəllməyə çalışırlar, onların yaxınlarını qorxudurlar.
SİTAT.İNFO xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Belə ki, bu il aprelin 14-də batmış Qara Dəniz Donanmasının keçmiş flaqmanının ekipaj üzvlərinin ağır psixoloji vəziyyətinin yaxşılaşdırılması üçün dənizçilərin yaxınları ilə birlikdə psixoloq, həkim və hüquqşünaslardan ibarət xüsusi qrup işləyir.
"Ukrayna hərbi kəşfiyyatının məlumatına görə, qrupun əsas məqsədi həlak olan və itkin düşmüş işğalçı-hərbi çağırışçılarla bağlı məlumatların sızmasının qarşısını almaqdır. Onlar qohumlarını inandırmağa çalışırlar ki, onların oğulları və hərbi xidmətdə olan ərləri haqqında heç kimlə əlaqə saxlamasınlar. Bundan imtina etdikdə onları kompensasiya ödəməməklə və cinayət məsuliyyətinə cəlb etməklə hədələməyə başlayırlar”, - Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən bildirilib.
Ləman Sərvanqızı,
SİTAT.İNFO