Aksyonov: Bu vilayətlər 100% Rusiyaya birləşəcək

08:47 8 İyun 2022

Ukraynanın Xerson və Zaporojye vilayətləri 100 faiz Rusiyanın subyektləri olacaq.

Sitat.info xəbər verir ki, bu sözləri Krım rəhbəri Sergey Aksyonov deyib.

“Mən liderimizin (Vladimir Putin nəzərdə tutulur - red.) mövqeyini bilirəm. Əgər prezident Ukrayna “millətçiləri” tərəfindən zorakılığa məruz qalanları dəstəkləmək və qorumaq qərarına gəlsə, o zaman Rusiya getməyəcək, heç kim insanları tərk etməyəcək. Rusiya özününküləri tərk etmir. Yüz faiz, bunlar Rusiyanın subyektləri olacaq. Onlar hansı formatda olacaq, necə olacaq - liderimiz müəyyən edəcək. Liderimizdə bütün geosiyasi məlumatların həcmi tam şəkildə var. O, müxtəlif mənbələrdən məlumat alır, ona görə də yalnız onun bu məsələyə son qoymaq hüququ var”, - deyə Aksyonov bildirib.

Qeyd edək ki, ötən gün “İzvestiya” qəzeti öz mənbələrinə istinadla gələcək Rusiya-Ukrayna sülh danışıqlarında Kremlin Zaporojye və Xerson vilayətlərinin, eləcə də Donbas və Krımın statusunu müzakirə etmək niyyətində olmadığını yazmışdı.

 

/Axar.az

 



Xəbər xətti