Rusiya Türkiyəyə izn vermədi, əməliyyat dayandı

10:35 8 İyun 2022

Rusiya Türkiyə ordusunun Suriyanın şimalındakı Ayn-İsa bölgəsində keçirəcəyi əməliyyata icazə verməyib, bu bölgəyə yeni əlavə qüvvələr göndərib.

Sitat.info xəbər verir ki, bu barədə “Hürriyət” qəzeti yazıb.

“Məlum olub ki, Rusiya ilə danışıqlar zamanı Suriyanın Rakka şəhərinin şimalındakı Ayn-İsa bölgəsində planlaşdırılan əməliyyata hazırlıq dayandırılıb. Çünki Rusiya şərqdə Hasekə, Rakka və Deyr əz-Zor və şimalda Hələbi birləşdirən magistralın (M4) keçdiyi Ayn-İsa bölgəsində əməliyyata icazə verməyib”, - məlumatda bildirilib.



Xəbər xətti