1708-ci ildə dənizin dibinə batan “San Jose” gəmisindən xəzinə ovçuları tərəfindən tonlarla qızıl tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 300 il əvvəl Karib dənizində İspan gəmiləri ilə Britaniya gəmiləri üz-üzə gəlib.
İki tərəfin donanması arasında baş verən qarşıdurmada İspaniyanın San Xose gəmisi batıb.
San Xose gəmisi 2015-ci ildə kəşf edilib.
Gəmi 1708-ci ildə batarkən Amerika qitəsindəki xəzinələri Avropaya daşıyırdı.
Tarixin ən böyük gəmisi olan San Xosedə mütəxəssislərin fikrincə, qızıl və qiymətli metalların dəyərinin 18 milyard dollar olduğu təxmin edilir.
Gəmidəki qızıl, gümüş və zümrüdlərin ümumi çəkisinin 200 ton olduğu bildirilir.
Okeanın 900 metr altında batan gəminin ən müasir avadanlıqla fotoşəkilləri çəkilib.
2015-ci ildə gəminin kəşfi zamanı İspaniya, Boliviya və Kolumbiya arasında münaqişə başlayıb.
Hər üç ölkə xəzinənin onlara məxsus olduğunu iddia edir.
1708-ci ildə gəmi batdığı zaman Kolumbiya İspaniya İmperiyasının koloniyası idi.
Digər tərəfdən gəmidəki qiymətli materiallar daha çox indiki Peru və Boliviyaya aid torpaqlardan toplanıb.
Ölkələr arasında gedən bu hüquq mübarizəsinə görə 18 milyard dollarlıq sərvətin daha uzun müddət dənizin dibində qalacağı təxmin edilir.