“Dxr”in keçmiş lideri İqor Qirkin Xerson-Nikolayev istiqamətində rus ordusunun vəziyyətinin pisləşdiyini etiraf edib.
Sitat.info xəbər verir ki, bu barədə o, Teleqramda məlumat yayıb.
“Ukrayna silahlı qüvvələri rusları sıxışdırıb çıxarır və artıq bir neçə kilometr irəliləyib. Rus qoşunları Xerson-Nikolayev cəbhəsində mövqelərini itirirlər. Digər tərəfdən, Ukrayna əsgərləri Çernobayev və Snigirevski istiqamətlərində zərbə qrupları qurur. Hazırda Ukrayna ordusu Çernobayevka (Xersonun şimal-qərbində yerləşən kənd) və Snigirevka (Xersonun şimal-şərqindəki kənd) istiqamətlərində zərbə qrupları yaratmağa davam edir”, - o bildirib.
/Axar.az