Ruslar Kiyevdən görün nə oğurlayır? - Hökumət kömək istədi

14:00 8 İyun 2022

Kiyevin küçələrindən paytaxtı Rusiyanın işğalından qorumaq üçün qurulan barrikadalar oğurlanır.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Obolon Regional Dövlət Administrasiyasının sədri Kirill Fesik Facebook səhifəsində məlumat verib.

"... Kiyevin nisbi təhlükəsizlikdə olmasından 2 ay keçdi  və biz nə görürük? Barrikadalar sökülüb yerindən tərpədilib, qum torbaları və hətta tank əleyhinə kirpilər yoxa çıxmağa başlayıb. Bəzi əclaflar və hətta düşmən agentləri bu minalanmış qiymətli əmlakı oğurlamağa başladılar”, - məlumatda deyilir.

O qeyd edib ki, ərazinin müdafiəsinin təşkilində iştirak edənlər bilirlər ki, hər bir nəzarət-buraxılış məntəqəsi, səngər, qazma məntəqəsi və atəş mövqeyinin tikintisi nə qədər böyük zəhmət tələb edib. Fəallar, müəssisələr, kommunal xidmətlər və hərbçilər bir araya toplaşaraq müdafiə qurmaq üçün böyük vəsait cəlb etdilər.

İndi Regional Dövlət Administrasiyasının sədri  sədri bu müdafiəni məhv edən hər kəsə cəza vəd edir.

“Beləliklə, bunu edən hər kəs tapılacaq və cəzasını alacaq, çünki bu, şəhərin müdafiə qabiliyyətini zəiflədir. Bu cür qanunsuz hərəkətlərin şahidi olanlar dərhal məlumat versinlər".

Ləman Sərvanqızı,

SİTAT.İNFO



Xəbər xətti