Fransa Prezidenti Emmanuel Makron Rusiyaya səfərini başa vuraraq Ukraynaya səfərə gəlib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, qonaq Kiyev şəhərində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.
Qeyd edək ki, son dəfə Fransa Prezidentinin Ukraynaya səfəri 1998-ci ildə həyata keçirilib.
Ötən gün Rusiya Prezidenti Vladimir Putinlə görüşən E.Makronun apardığı danışıqlarda Ukrayna ilə bağlı məsələyə geniş diqqət yetirilib. Bundan əvvəl Fransa lideri Ukraynanın şərqindəki münaqişənin dinc, diplomatik yollarla həll olunmasının vacibliyini söyləyib.