Ermənistan xüsusi xidmət orqanları raket qoşunlarının keçmiş rəisi general-mayor Armen Arutunyanı saxlayıb.
Lent.az erməni KİV-ə istinadla bildirir ki, o, külli miqdarda mənimsəmədə ittiham olunur. Məlumata görə, söhbət artilleriya mərmiləri ilə bağlı baş verən maxinasiyalardan gedir. Bu maxinasiyalar nəticəsində onun 1 milyon 83 min dollar mənimsədiyi deyilir.
İlkin məlumata görə, A. Arutunyan ayrılmış vəsaitlə orduya yararsız silah-sursat alıbmış.