Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsində keçmiş general-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva ilə həmin qurumun işçiləri arasında yaşanan mübahisə mətbuatın gündəmindədir. Xüsusilə də mübahisə zamanı qazinin müdaxilə etməsi və T.Əliyevanın ona reaksiyası müzakirələrə səbəb olub. Video sosial şəbəkələrdə yayıldıqdan sonra generalın qızı ciddi tənqid hədəfinə çevrilsə də, sonradan açıqlama yayaraq vəziyyətə aydınlıq gətirib, məsələnin heç də videoda göründüyü kimi olmadığını bildirib.
Sitat.info-nun Tiktok kanalında 600 mindən çox izlənilən videoda Türkər Əliyeva ciddi tənqidlərə məruz qaldığından, bir media qurumu olaraq qarşı tərəf kimi ona söz haqqı tanıdıq və baş verənləri bir də onun dilindən dinlədik.
Həmin videonu təqdim edirik.
Məğrur,
Sitat.info
@sitat.info Dövlət idarəsində QALMAQAL - Keçmiş generalın qızı hadisədən danışdı ♬ orijinal səs - Sitat.info xəbər portalı