Ukrayna ordusu Xerson vilayətinin Novaya Kaxovka şəhəri yaxınlığındakı ruslara məxsus silah-sursat anbarını məhv edib.
Sitat.info xəbər verir ki, bu barədə Odessa vilayət administrasiyasının spikeri Sergey Bratçuk deyib.
“Zərbə 49-cu ordunun idarəetmə məntəqəsinə, hava hücumundan müdafiə sistemləri və raket anbarına endirilib.İlkin məlumata görə, 100-dən çox ölü, 200-dən çox isə yaralı var. Yaralıların yarısının vəziyyəti ağırdır”, - Bratçuk bildirib.
Onun sözlərinə görə, ölü və yaralılar arasında yüksək rütbəli zabitlər də var. Ruslar hadisə yerinə təxliyə qrupları göndəriblər.
/Axar.az