Türkiyənin Van vilayətinin Tuşba bölgəsində 4,1 bal gücündə zəlzələ olub.
APA xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Yerli vaxtla 12:37-də yeraltı təkanlar hiss olunub.
Hələlik dağıntı və tələfat aşkar olunmayıb. Araşdırmalar davam edir.